Nisbi Güc Strategiyası

Bir tək sual üzərində qurulub: bu gün hansı valyuta güclüdür, hansı zəif?

Bazarı proqnozlaşdırmırıq — pulun hara axdığını ölçürük. Bu səhifədə strategiyanın niyə işlədiyini, qaydanın necə qurulduğunu və nəyi vəd etmədiyini açıq yazırıq.

Niyə işləyir

01Pul havada qalmır

Valyuta bazarında pulun 95%-i səkkiz valyuta arasında dolaşır. Pul birindən çıxıbsa, mütləq başqa bir valyutaya axır. Buna görə elə bir gün ola bilməz ki, hamısı eyni vaxtda güclənsin — hər gün, istisnasız, ən güclü və ən zəif valyuta var.

Sistemlər ona görə ölür ki, dövri xüsusiyyətə — volatilliyə, trendə — söykənirlər. Nisbi Güc Strategiyası bazarın strukturuna söykənir: valyutalar bir-birinə qarşı ölçülür. Bu pozulsa, bütün valyuta ticarəti bitmiş olar.

Sistem gələcəyi proqnozlaşdırmır, cari axını ölçür. Sizə hara getməyi yox, şimalın hansı tərəfdə olduğunu deyir. Qərarı siz verirsiniz.

  • CAD
  • USD
  • CHF
  • EUR
  • JPY
  • AUD
  • NZD
  • GBP
02
Qayda

Üç addım: ölç, seç, lazım gələndə gözləməyi bacar

  1. 1

    Gücü ölç

    Səkkiz valyutanın gücü bir-birinə qarşı ölçülür. Hesablama bar sayına yox, qiymətin daxili strukturuna — "maqnet məntiqinə" — əsaslanır.

  2. 2

    Ən güclünü ən zəifə qarşı

    28 cütə ayrı-ayrı baxılmır: ən güclü valyuta ən zəifə qarşı işlənir. Nümunə gündə bu, GBP/CAD-dir. Düzgün fikir səhv cütdə yarıya bölünür.

  3. 3

    Güclər qarışıqdırsa — girmə

    Güclər bir-birinin içindədirsə, o gün əməliyyat yoxdur. Gündə on əvəzinə iki əməliyyat — xərc beş dəfə azalır, nəticə pisləşmir.

01
shopping_basket

Səbət, cüt yox

28 cütə ayrı-ayrı baxmırıq. Səkkiz valyutanın gücünü ölçüb ən güclünü ən zəifə qarşı işləyirik. Düzgün fikir səhv cütdə yarıya bölünür.

02
timer

Nə geciksin, nə tələssin

Bazardakı güc indikatorları bar sayına əsaslanır və hərəkətin 70%-i keçəndən sonra siqnal verir. Bizim hesablama qiymətin daxili strukturuna — "maqnet məntiqi" — əsaslanır. Nəticə: kiçik stop, ucuz giriş.

03
block

"Girmə" də deyir

Güclər bir-birinin içindədirsə — o gün girmirsiniz. Gündə on əməliyyat əvəzinə iki. Təcrübəmizdə "harada girməmək" "harada girmək"dən çox pul qazandırır.

04
explore

Kompas, proqnoz yox

Rənglərə göz bir dəfə alışır — sonra baxırsınız və bilirsiniz. Sistem gələcəyi proqnozlaşdırmır, cari axını ölçür. Bu, daha təvazökar, amma daha işlək iddiadır.

03
Alətlər

4 güc indikatoru və 2 versiya

İndikatorlar ayrıca satılmır — Peşəkar təlimin 7-ci dərsində dördünün birlikdə istifadə məntiqi öyrədilir.

İndikator 01
speed

Bakhishov MAS

Nisbi Güc Strategiyasının dörd güc indikatorundan biri. Hesablama bar sayına yox, qiymətin daxili strukturuna əsaslanır.

İndikator 02
grid_view

BCSM Matrix Power

Səkkiz valyutanın bir-birinə qarşı gücünü bir baxışda göstərir: bu gün hansı valyuta güclüdür, hansı zəif.

İndikator 03
trending_up

Bakhishov Trend Signal

Trendin istiqamətini və gücünü izləyir. Tək başına yox, sistemin içində, digər indikatorlarla birlikdə istifadə olunur.

İndikator 04
compare_arrows

BCSM Divergence Delta

Güclər arasındakı fərqi izləyir: güclər bir-birinin içindədirsə — girmə siqnalıdır.

Nisbi Güc Strategiyası

Swing versiyası

Günün istiqamətini tutur. Stop struktura görə — yaxın minimum/maksimum — ona görə çox vaxt 10–20 punkt. Gündə bir-iki əməliyyat, terminal bağlanır.

Nisbi Güc Strategiyası V2.0

Gündaxili versiya

Asiya sessiyasının ortasından Avropaya qədər olan pəncərə üçün. Eyni məntiq, daha qısa hədəf. Günü və ya maksimum üç günü gəlirlə bağlamaq qaydaları ilə.

Üç ildir bu ölçü üzərində işlənir: onlarla formul yoxlanıb, əksəriyyəti kənara qoyulub. Araşdırma dayanmır — tapılan hər yenilik keçmiş tələbələrə pulsuz verilir.

04
Açıq suallar

Strategiya haqqında ən çox verilən suallar

Bu gün hansı valyuta güclüdür, hansı zəifdir — onu görmək və ən güclünü ən zəifə qarşı işləmək. Vəssalam, bütün sistem bunun üstündə qurulub. Mən buna indikator demirəm, bazarın kompası deyirəm — 28 valyuta cütünün kompası. Səhər ekrana baxırsınız və bir baxışda bilirsiniz: pul bu gün haradan çıxır, haraya axır.

Çünki valyuta bazarının elə bir üstünlüyü var ki, heç bir bazarda yoxdur. Səhm bazarında böhran gələndə hamısı qırmızıya dönür — ancaq satışdan qazana bilərsiniz. Valyutada isə biri qalxanda, biri mütləq düşür. Pul bir valyutadan çıxıbsa, mütləq başqasına girib — havada qalmır. Bazarın 95%-i səkkiz valyuta arasında dolaşır və hər gün, hər saat onların arasında ən güclü və ən zəif var. Mənim işim bu fərqi tutmaqdır.

Bazardakı güc indikatorlarının demək olar ki, hamısını yoxlamışam. Əsas problemləri budur: gecikirlər. Əlli şamın ortalamasını götürürlər, hərəkətin 70%-i keçəndən sonra siqnal verirlər — sizə yerdə qalan 30%-i təklif edirlər. Stop 70, hədəf 30 olur. Tərsinə. Mənim axtarışım bu idi: nə geciksin, nə tələssin. Hesablama bar sayına yox, qiymətin daxili strukturuna söykənir. Mən buna maqnet məntiqi deyirəm: bir tərəfdə iki kilo, o biri tərəfdə beş kilo — sistem ağır tərəfi hərəkət başlamamış hiss edir. Nəticədə girişiniz hərəkətin başına düşür və stopunuz kiçik olur.

Mən bu sualı özümə hamıdan əvvəl vermişəm. Çünki görmüşəm: sistem beş il işləyir, altıncı ildə başını yerə qoyur. Niyə? Çünki volatilliyə, trendə, bazarın dövri xüsusiyyətinə söykənir — dövr dəyişəndə sistem də axsayır. Mən isə sistemi bazarın tərifinə söykədim: valyutalar bir-birinə qarşı ölçülür, hamısı eyni anda güclənə bilməz. 2005-ci ildə də belə idi, 2020-də də, bu gün də. Bunu heç bir böhran, heç bir xəbər dəyişə bilməz. Güc fərqi olmayan gün isə sistem sizə özü deyir: bu gün girmə. Və araşdırma dayanmır — hər gün davam edir.

Buna oxşar strategiya bazarda demək olar ki, yoxdur. Olsaydı, mən tapardım — MQL5-dən tutmuş populyar, qeyri-populyar bütün saytları araşdırmışam. Üç ildir bir tək sual üzərində işləyirəm: valyutanın gücünü necə düzgün ölçmək? Onlarla formul yoxlamışam, əksəriyyətini kənara qoymuşam. Qalanı — dörd indikator — bu gün sizin ekranınızda işləyəndir.

Bu, sistemin ən gözəl tərəfidir. Siz artıq 28 qrafiki bir-bir açıb "burada nəsə var" deyə axtarmırsınız. Səhər baxırsınız: ən güclü kimdir, ən zəif kimdir — onların cütü. Fərqi rəqəmlə deyim. Bir gün funtun zəifləyəcəyi aydın idi. GBP/NZD 126 punkt düşdü, GBP/USD isə 209 punkt — çünki dollar o gün ən güclü idi. Eyni fikir, iki dəfə çox nəticə. Düzgün fikir düzgün cütdə tam işləyir.

Güc xətləri bir-birinin içinə girəndə, paralel gedəndə — bu, yan bazardır, korreksiya zonasıdır. Girmirsiniz. Və bu, zəiflik deyil, sistemin gücüdür. Yan bazarda qazananlar trenddə itirir, trenddə qazananlar yan bazarda itirir. Nisbi Güc yan bazarı süzüb trend vəziyyətlərini tapmaq üçündür. Bir misal: 16 fevralda güclər bir-birinin qarnına girmişdi — girmədik. Bir gün sonra 190-200 punktluq hərəkət başladı. Səbr edən o hərəkəti başından tutdu.

Gün ərzində iki-üç yaxşı siqnal kifayətdir. Mən sizi gündə on əməliyyata məcbur etmirəm — əksinə, sistem sizi az və keyfiyyətli əməliyyata yönəldir. Az əməliyyat — az xərc, az gərginlik, daha aydın baş. Bazar hər gün imkan yaradır; siz onların hamısını yox, öz imkanlarınızı tutursunuz.

Stop struktura görə qoyulur — yaxın minimumun altına, yaxın maksimumun üstünə. Giriş hərəkətin başında olduğu üçün stop çox vaxt kiçik olur — 10-27 punkt arası. Hədəf adətən stopun iki qatıdır: 18-ə 40, 22-yə 44, 27-yə 54. Kiçik stop — kiçik risk; kiçik risk — uzun ömür. Təlimdə 1:2 ilə yanaşı 1:5 nisbəti ilə ticarəti də ayrıca keçirik.

Tələsmək lazım deyil. Şərait yarandıqdan sonra bazar sizə üç-dörd şam vaxt verir — on beş dəqiqəlikdə təxminən səkkiz şam. Sakitcə baxırsınız, riski hesablayırsınız, lotu müəyyən edirsiniz və girirsiniz. Müqayisə üçün: bəzi populyar metodlarda bir zonanı saatlarla, hətta iki gün gözləyirsiniz.

Nisbi Güc Strategiyası — swing versiyasıdır: günün, bir neçə günün istiqamətini tutur. Nisbi Güc Strategiyası V2.0 — gündaxili ticarət üçündür. Məntiq eynidir, alət eynidir, fərq hədəfin ölçüsündə və saxlama müddətindədir. Təlimdə hər ikisini keçirik və özünüzə — həyat ritminizə — uyğun olanı seçirsiniz.

Məhz sizin üçün qurulub. Sistem sizdən beş-altı saat tələb etmir. Şərait yaranan an telefona bildiriş gəlir. Bir-iki dəqiqəlik fasilə verirsiniz, baxırsınız, riski hesablayırsınız, stopu və hədəfi qoyursunuz — və terminalı bağlayırsınız. Qoyun take profit-ə getsin. Mən də belə işləyirəm: işinizi atmayın, bunu paralel aparın. Ən gözəl iş bildiyiniz işdir.

Mənim öz həllim var — gülməli gələ bilər, amma işləyir: üç zəngli qururam. İkisini eşitməsəm, üçüncüsü oyadır. Bildirişi görürəm, stopu və hədəfi qoyuram, yenidən yatıram. Sistem stopla hədəfdən ibarətdir — gecə ekrana baxmağa ehtiyac yoxdur.

Bəli. Burada fövqəladə zəka lazım deyil — normal insanın qavrama qabiliyyəti kifayətdir. Mənə görə peşəkar treyder olmağın iki şərti var: istək və özünə güvən. Hər valyutanın öz rəngi var — euro göy, dollar qırmızı, funt mavi. Rənglərə gözünüz bir dəfə alışır, sonra baxırsınız və bilirsiniz. Mürəkkəbliyi mən hesablamaya yığmışam, sizə sadə istifadə qalır.

Göstərirəm — amma vitrin kimi yox, sizin öz terminalınızda. Təlimin beşinci dərsi elə budur: backtest, optimizasiya, forward test — düzgün necə edilir. Siz strategiyanı keçmiş dövrlərdə özünüz yoxlayırsınız, öz gözünüzlə görürsünüz. Keçmişə doğru statistika apardıqdan sonra insanda vizual rahatlıq yaranır — canlıda əliniz əsmir. Saytda nəticə şəkli isə qoymuram: bu gün istənilən nəticə şəklini düzəltmək olur, və peşəkar bilik imic üzərindən qurulmur. Mənim sözümə yox — öz testinizə inanın.

İndikatorlar təlimlə birlikdə gəlir — və elə gəlir ki, ayrıca almaqdan qat-qat sərfəlidir: ömürlük, aylıq abunəsiz, gələcək bütün yenilikləri pulsuz. "İndikatorun vaxtı bitdi, yenidən ödə" — belə şey yoxdur. Ayrıca satmıram, çünki alət təkbaşına işləmir — onu nə vaxt, necə, niyə istifadə etdiyinizi bilməlisiniz. Mənim təlimə qatılmaq — bir treyder icmasına qoşulmaqdır.

Prosesin 80%-i artıq alqoritmləşir: güc hesablaması, siqnalın tapılması, bildiriş. Qalan 20% — sizin vizual qərarınızdır, və bu, üstünlükdür: qərar sizin əlinizdə qalır. Avtomatlaşdırılmış sistem üzərində işləyirəm və təlimə qatılan hər kəs — keçmiş tələbələr də — ondan yararlanacaq.

Sistem valyuta səbəti üçün qurulub — və bu, sizin xeyrinizədir. İnsanlar düşünür ki, qızıl daha çox qazandırır. Xeyr — qızıl daha çox punkt verir. Qızılda 200 punkt stop 0.01 lotla 20 dollar riskdir; EUR/GBP 20 punkt stop 0.1 lotla yenə 20 dollar. Eyni risk, eyni qazanc. Qızılda qazandığınızı valyutada da qazana bilərsiniz — özü də psixologiyanızı sındırmadan.

Olar, və çox uyğundur. Prop firmada əsas düşməniniz gündəlik itki həddidir. Nisbi Güc isə az əməliyyat açır, kiçik stopla işləyir və güclər qarışıq olanda sizə "girmə" deyir — prop şəraitində bu, qızıl qiymətindədir. Təlim fərdiləşdirilir: prop yolu ilə gedənə izahı gündəlik hədd, lot və iş saatları üzərində qururuq.

İstənilən brokerdə — hesab açma tələsi yoxdur. Amma soruşsanız, birlikdə işlədiyimiz broker Tickmill-dir: uzun illərin brokeridir, spredləri aşağıdır, RAW hesabda xərc açıq komissiya kimi görünür — kiçik stopla işləyən üçün bu, həlledicidir. Tickmill-də minimum 500$ real hesab açan tələbələrə təlimə 40% endirim var.

Araşdırma hər gün davam edir, gecə yarılarına qədər. Yeni parametr, yeni yanaşma tapan kimi keçmiş tələbələrə ayrıca seminar edirəm və pulsuz paylaşıram. Çünki mənim prinsipim budur: bu bilikləri mən qazanacam, onlar geridə qalacaq — bu, mənlik deyil.

Pulsuz canlı vebinar

Strategiyanı canlı görün

Hər həftənin cümə günü saat 21:00-da pulsuz vebinarda Lətif Baxışov strategiyanın məntiqini canlı qrafikdə izah edir. Tam sistem Peşəkar təlimdə öyrədilir.