Peşəkar Forex Təlimi · yeganə kurs

Təlimə qoşulsam, ayda nə qədər qazanacağam?

Bu, peşəkar təlimlə maraqlanan adamın ilk sualıdır. Cavabı gizlətmirik — səhifənin sonundadır. Əvvəlcə təlimin nə olduğunu deyək.

  • 8 dərs
  • ~90 dəq / dərs
  • Google Meet
  • Qrup 2–3 nəfər
  • Fərdiləşdirilmiş
  • Abunəsiz
Peşəkar Forex Təlimi
Proqram

Səkkiz dərs — Forexin quruluşundan strategiyanın özünə

İnstitusional və retail Forexin fərqi. Retail brokerlər, prop trading şirkətləri. Tələbənin istəyinə əsasən istiqamət seçirik — fərdi hesab idarəçiliyi, ya prop şirkətlərində aşağı riskli ticarət. Sonrakı bütün izah bu seçimə görə qurulur.

Treyderin başlanğıcda etdiyi səhvlər. Strategiyaya uyğun düzgün broker seçimi. Gözə görünməyən itkiləri — spred, sürüşdürmə, gecikmə, swap — maksimum azaltmağın yolları. Retail brokerlərlə işləmə qaydaları.

Təkcə bu dərsin özü təlimə verdiyiniz pulu artıqlaması ilə geri qaytaracaq.

İntizamlı ticarət vərdişləri. Stressli ticarətdən uzaq durmağın, ağıllı riskdən istifadə edərək qazanmağın yolları. Ən əsası — stressli ticarətdən qurtulmaq üçün başlanğıcda atılmalı olan mühüm addımlar. Kitabdan yox, yaşanmışdan.

Riskləri minimuma endirən, gəliri maksimumlaşdıran sırf riyazi yanaşma. Qrafikdəki dalğalanmaların real strukturu və dövri rəqəmlərlə dəqiq dalğa analizi vasitəsilə unikal giriş-çıxış metodları.

Dövri səviyyələr 1-2-3 dalğalarının dönüş nöqtələrini tapmaqda, Stop Loss və Take Profit səviyyələrinin düzgün seçilməsində müstəsna rol oynayır.

Backtest, optimizasiya, keçmişə doğru yoxlama. Populyar indikatorların reallıqda harada işlədiyi, harada isə birbaşa zərər verdiyinə dair faktlar. Overfit — "bazarı əzbərləmə" — necə tanınır.

Texniki analizin bar əsaslı deyil, güc əsaslı aparılması qaydası. Heç bir mentorun toxunmadığı mövzular — xarici ədəbiyyatda belə bu dərinlikdə izah olunmur.

Niyə yalnız valyuta cütlükləri? Niyə məhz Nisbi Güc? Bu sistem bazardakı hansı boşluqları doldurur, digər populyar strategiyalardan fərqi nədir, niyə daha güclüdür — və niyə "ölmür".

Bakhishov MAS · BCSM Matrix Power · Bakhishov Trend Signal · BCSM Divergence Delta. Dördünün birlikdə istifadə məntiqi.

Nisbi Güc Strategiyası — swing versiyası. Nisbi Güc Strategiyası V2.0 — gündaxili ticarət versiyası.

Ehtimal nəzəriyyəsi və dövri nisbətlərin Nisbi Güc Strategiyasında tətbiqi. 1:2 RR ilə ticarət. 1:5 RR ilə ticarət. Günü və ya maksimum 3 günü gəlirlə yekunlaşdırmağın qaydaları.

İndi əsas sual

Kursu bitirdikdən sonra nə qədər qazanacağam?

Bu kurs sizə düzgün istiqamət, düzgün yol və dəqiq qaydalar verir. Belə təsəvvür edin: mən sizə yol hərəkəti qaydalarını və peşəkar sürücülüyün nəzəriyyəsini öyrədirəm. Amma "60 km/saat" yolda 180 ilə getməyəcəyinizə, dairəvi yolu driftlə keçməyəcəyinizə əmin ola bilmərəm.

Sükan sizin əlinizdədir. Qaydalardan kənara çıxmayan treyderin qazanmama ehtimalı yoxdur. Qazancın isə sərhədi yoxdur — maaşın tavanı var, ticarətin tavanı yoxdur. Bir az fərasətli, ən əsası intizamlı adam üçün ideal təklifdir.

Kimlər üçündür

  • Altı aydan çoxdur bazardadır, "nəsə çatmır" hissi var
  • Sistemi var, amma icra edə bilmir — jurnalı "qaydadan kənar" əməliyyatlarla doludur
  • Prop firmaya hazırlaşır və gündəlik itki həddinə uyğun sistem axtarır
  • Öz kapitalını uzun illər idarə etmək istəyir, tez qazanmaq yox

Kimlər üçün deyil

  • "Üç aya öyrənib işimi düzəldəcəm" gözləyən
  • Hazır siqnal, bot, "bu gün nə alaq" axtaran — yığıcı tip
  • Bildirişi üç-dörd saatdan sonra oxuyan — bazar sizin istədiyiniz vaxt siqnal vermir
  • Təlim pulunu ağır büdcədən ayıran — gərgin adam səhv edir