Sualı gizlətmirik, cavabı yumşaltmırıq
Bunlar 18 ildə ən çox eşidilən suallardır. Cavablar vebinarlarda verilən cavablarla eynidir.
Konkret rəqəm deməyəcəyik — deyən adam sizə düz demir. Kurs düzgün yol və dəqiq qaydalar verir; sükan sizin əlinizdədir. Qaydalardan kənara çıxmayan treyderin qazanmama ehtimalı yoxdur, qazancın sərhədi yoxdur. Amma ilk hədəf qazanmaq deyil — bir ay balansı yerində saxlamaqdır. Bunu bacaran artıq işə yaxınlaşıb.
Təlim işin yarısıdır. Qalan yarısı sizdən asılıdır — xarakter, intizam, vaxt. "Mən öyrədəcəm, hər şey həll olacaq" deyən mentor sizə düz demir. Bunu ilk gündən açıq deyirik.
Səkkiz dərs bir neçə həftəyə keçilir. Peşəkarlıq isə illərlə formalaşır — hər sahədə olduğu kimi. Otuz beş-qırx yaşında başlayan adam on ildən sonra həm öz işində sabitlik, həm əlində öyrənilmiş bacarıq olan adamdır. Biz bunu gələcəkdə istifadə edəsiniz deyə öyrədirik.
Yox. Ən gözəl iş bildiyiniz işdir. Paralel aparın: müəyyən büdcə ayırın, öyrənin, məşq edin, bacardığınıza əmin olandan sonra qərar verin. Bir fərq var: maaşın tavanı var, ticarətin tavanı yoxdur — amma tələsmək o tavanı yaxınlaşdırmır.
Bəli. Prop firma yolu ilə gedən üçün izah gündəlik itki həddi, lot, iş saatları üzərində qurulur; öz kapitalını idarə edən üçün broker seçimi, hesab növü, böyük məbləğlərin bölünməsi. Eyni sistem, fərqli davranış — Afrikada yaşamaqla İsveçdə yaşamaq kimi.
Beş-altı saat lazım deyil. Ən dəyərli pəncərə Asiya sessiyasının ortasından Avropaya qədərdir. Sistem şərait yaranan an bildiriş verir: bir-iki dəqiqə baxırsınız, riski hesablayırsınız, stop-hədəf qoyub terminalı bağlayırsınız. Amma bir şərt: bildirişi üç-dörd saatdan sonra oxuyursunuzsa, bu işi buraxın.
Yazılar və treyder icması müddətsizdir. Mentor dəstəyi rəsmi olaraq 6 aydır, faktiki olaraq həmişəlikdir — sualı cavabsız qoymaq bizə görə düzgün deyil. Yeni parametr tapılanda keçmiş tələbələrə ayrıca seminar edilir, pulsuz. Dərslər video qeydə alınır və tələbələrə təkrar baxmaları üçün göndərilir.
Bu gün hansı valyuta güclüdür, hansı zəifdir — onu görmək və ən güclünü ən zəifə qarşı işləmək. Vəssalam, bütün sistem bunun üstündə qurulub. Mən buna indikator demirəm, bazarın kompası deyirəm — 28 valyuta cütünün kompası. Səhər ekrana baxırsınız və bir baxışda bilirsiniz: pul bu gün haradan çıxır, haraya axır.
Çünki valyuta bazarının elə bir üstünlüyü var ki, heç bir bazarda yoxdur. Səhm bazarında böhran gələndə hamısı qırmızıya dönür — ancaq satışdan qazana bilərsiniz. Valyutada isə biri qalxanda, biri mütləq düşür. Pul bir valyutadan çıxıbsa, mütləq başqasına girib — havada qalmır. Bazarın 95%-i səkkiz valyuta arasında dolaşır və hər gün, hər saat onların arasında ən güclü və ən zəif var. Mənim işim bu fərqi tutmaqdır.
Bazardakı güc indikatorlarının demək olar ki, hamısını yoxlamışam. Əsas problemləri budur: gecikirlər. Əlli şamın ortalamasını götürürlər, hərəkətin 70%-i keçəndən sonra siqnal verirlər — sizə yerdə qalan 30%-i təklif edirlər. Stop 70, hədəf 30 olur. Tərsinə. Mənim axtarışım bu idi: nə geciksin, nə tələssin. Hesablama bar sayına yox, qiymətin daxili strukturuna söykənir. Mən buna maqnet məntiqi deyirəm: bir tərəfdə iki kilo, o biri tərəfdə beş kilo — sistem ağır tərəfi hərəkət başlamamış hiss edir. Nəticədə girişiniz hərəkətin başına düşür və stopunuz kiçik olur.
Mən bu sualı özümə hamıdan əvvəl vermişəm. Çünki görmüşəm: sistem beş il işləyir, altıncı ildə başını yerə qoyur. Niyə? Çünki volatilliyə, trendə, bazarın dövri xüsusiyyətinə söykənir — dövr dəyişəndə sistem də axsayır. Mən isə sistemi bazarın tərifinə söykədim: valyutalar bir-birinə qarşı ölçülür, hamısı eyni anda güclənə bilməz. 2005-ci ildə də belə idi, 2020-də də, bu gün də. Bunu heç bir böhran, heç bir xəbər dəyişə bilməz. Güc fərqi olmayan gün isə sistem sizə özü deyir: bu gün girmə. Və araşdırma dayanmır — hər gün davam edir.
Buna oxşar strategiya bazarda demək olar ki, yoxdur. Olsaydı, mən tapardım — MQL5-dən tutmuş populyar, qeyri-populyar bütün saytları araşdırmışam. Üç ildir bir tək sual üzərində işləyirəm: valyutanın gücünü necə düzgün ölçmək? Onlarla formul yoxlamışam, əksəriyyətini kənara qoymuşam. Qalanı — dörd indikator — bu gün sizin ekranınızda işləyəndir.
Bu, sistemin ən gözəl tərəfidir. Siz artıq 28 qrafiki bir-bir açıb "burada nəsə var" deyə axtarmırsınız. Səhər baxırsınız: ən güclü kimdir, ən zəif kimdir — onların cütü. Fərqi rəqəmlə deyim. Bir gün funtun zəifləyəcəyi aydın idi. GBP/NZD 126 punkt düşdü, GBP/USD isə 209 punkt — çünki dollar o gün ən güclü idi. Eyni fikir, iki dəfə çox nəticə. Düzgün fikir düzgün cütdə tam işləyir.
Güc xətləri bir-birinin içinə girəndə, paralel gedəndə — bu, yan bazardır, korreksiya zonasıdır. Girmirsiniz. Və bu, zəiflik deyil, sistemin gücüdür. Yan bazarda qazananlar trenddə itirir, trenddə qazananlar yan bazarda itirir. Nisbi Güc yan bazarı süzüb trend vəziyyətlərini tapmaq üçündür. Bir misal: 16 fevralda güclər bir-birinin qarnına girmişdi — girmədik. Bir gün sonra 190-200 punktluq hərəkət başladı. Səbr edən o hərəkəti başından tutdu.
Gün ərzində iki-üç yaxşı siqnal kifayətdir. Mən sizi gündə on əməliyyata məcbur etmirəm — əksinə, sistem sizi az və keyfiyyətli əməliyyata yönəldir. Az əməliyyat — az xərc, az gərginlik, daha aydın baş. Bazar hər gün imkan yaradır; siz onların hamısını yox, öz imkanlarınızı tutursunuz.
Stop struktura görə qoyulur — yaxın minimumun altına, yaxın maksimumun üstünə. Giriş hərəkətin başında olduğu üçün stop çox vaxt kiçik olur — 10-27 punkt arası. Hədəf adətən stopun iki qatıdır: 18-ə 40, 22-yə 44, 27-yə 54. Kiçik stop — kiçik risk; kiçik risk — uzun ömür. Təlimdə 1:2 ilə yanaşı 1:5 nisbəti ilə ticarəti də ayrıca keçirik.
Tələsmək lazım deyil. Şərait yarandıqdan sonra bazar sizə üç-dörd şam vaxt verir — on beş dəqiqəlikdə təxminən səkkiz şam. Sakitcə baxırsınız, riski hesablayırsınız, lotu müəyyən edirsiniz və girirsiniz. Müqayisə üçün: bəzi populyar metodlarda bir zonanı saatlarla, hətta iki gün gözləyirsiniz.
Nisbi Güc Strategiyası — swing versiyasıdır: günün, bir neçə günün istiqamətini tutur. Nisbi Güc Strategiyası V2.0 — gündaxili ticarət üçündür. Məntiq eynidir, alət eynidir, fərq hədəfin ölçüsündə və saxlama müddətindədir. Təlimdə hər ikisini keçirik və özünüzə — həyat ritminizə — uyğun olanı seçirsiniz.
Məhz sizin üçün qurulub. Sistem sizdən beş-altı saat tələb etmir. Şərait yaranan an telefona bildiriş gəlir. Bir-iki dəqiqəlik fasilə verirsiniz, baxırsınız, riski hesablayırsınız, stopu və hədəfi qoyursunuz — və terminalı bağlayırsınız. Qoyun take profit-ə getsin. Mən də belə işləyirəm: işinizi atmayın, bunu paralel aparın. Ən gözəl iş bildiyiniz işdir.
Mənim öz həllim var — gülməli gələ bilər, amma işləyir: üç zəngli qururam. İkisini eşitməsəm, üçüncüsü oyadır. Bildirişi görürəm, stopu və hədəfi qoyuram, yenidən yatıram. Sistem stopla hədəfdən ibarətdir — gecə ekrana baxmağa ehtiyac yoxdur.
Bəli. Burada fövqəladə zəka lazım deyil — normal insanın qavrama qabiliyyəti kifayətdir. Mənə görə peşəkar treyder olmağın iki şərti var: istək və özünə güvən. Hər valyutanın öz rəngi var — euro göy, dollar qırmızı, funt mavi. Rənglərə gözünüz bir dəfə alışır, sonra baxırsınız və bilirsiniz. Mürəkkəbliyi mən hesablamaya yığmışam, sizə sadə istifadə qalır.
Göstərirəm — amma vitrin kimi yox, sizin öz terminalınızda. Təlimin beşinci dərsi elə budur: backtest, optimizasiya, forward test — düzgün necə edilir. Siz strategiyanı keçmiş dövrlərdə özünüz yoxlayırsınız, öz gözünüzlə görürsünüz. Keçmişə doğru statistika apardıqdan sonra insanda vizual rahatlıq yaranır — canlıda əliniz əsmir. Saytda nəticə şəkli isə qoymuram: bu gün istənilən nəticə şəklini düzəltmək olur, və peşəkar bilik imic üzərindən qurulmur. Mənim sözümə yox — öz testinizə inanın.
İndikatorlar təlimlə birlikdə gəlir — və elə gəlir ki, ayrıca almaqdan qat-qat sərfəlidir: ömürlük, aylıq abunəsiz, gələcək bütün yenilikləri pulsuz. "İndikatorun vaxtı bitdi, yenidən ödə" — belə şey yoxdur. Ayrıca satmıram, çünki alət təkbaşına işləmir — onu nə vaxt, necə, niyə istifadə etdiyinizi bilməlisiniz. Mənim təlimə qatılmaq — bir treyder icmasına qoşulmaqdır.
Prosesin 80%-i artıq alqoritmləşir: güc hesablaması, siqnalın tapılması, bildiriş. Qalan 20% — sizin vizual qərarınızdır, və bu, üstünlükdür: qərar sizin əlinizdə qalır. Avtomatlaşdırılmış sistem üzərində işləyirəm və təlimə qatılan hər kəs — keçmiş tələbələr də — ondan yararlanacaq.
Sistem valyuta səbəti üçün qurulub — və bu, sizin xeyrinizədir. İnsanlar düşünür ki, qızıl daha çox qazandırır. Xeyr — qızıl daha çox punkt verir. Qızılda 200 punkt stop 0.01 lotla 20 dollar riskdir; EUR/GBP 20 punkt stop 0.1 lotla yenə 20 dollar. Eyni risk, eyni qazanc. Qızılda qazandığınızı valyutada da qazana bilərsiniz — özü də psixologiyanızı sındırmadan.
Olar, və çox uyğundur. Prop firmada əsas düşməniniz gündəlik itki həddidir. Nisbi Güc isə az əməliyyat açır, kiçik stopla işləyir və güclər qarışıq olanda sizə "girmə" deyir — prop şəraitində bu, qızıl qiymətindədir. Təlim fərdiləşdirilir: prop yolu ilə gedənə izahı gündəlik hədd, lot və iş saatları üzərində qururuq.
İstənilən brokerdə — hesab açma tələsi yoxdur. Amma soruşsanız, birlikdə işlədiyimiz broker Tickmill-dir: uzun illərin brokeridir, spredləri aşağıdır, RAW hesabda xərc açıq komissiya kimi görünür — kiçik stopla işləyən üçün bu, həlledicidir. Tickmill-də minimum 500$ real hesab açan tələbələrə təlimə 40% endirim var.
Araşdırma hər gün davam edir, gecə yarılarına qədər. Yeni parametr, yeni yanaşma tapan kimi keçmiş tələbələrə ayrıca seminar edirəm və pulsuz paylaşıram. Çünki mənim prinsipim budur: bu bilikləri mən qazanacam, onlar geridə qalacaq — bu, mənlik deyil.
Açıq deyirik: 35 dəqiqə içərik, 10 dəqiqə tanıtım. Tanıtım hər həftə fərqli bucaqdan gəlir, təkrar deyil. Sual-cavab canlıdır və mətnə daxil deyil. Vebinarın məqsədi satış yox, peşəkarlıq nümayişidir — gələn, gördüyünə görə qərar verir.
Qeydiyyat yoxdur. Saytdakı düymə birbaşa qrup linkinə aparır; hər cümə 21:00-da canlı keçid orada paylaşılır. Mövzular 14 həftə dövriyyə ilə gedir — ortadan qoşulmaq problem deyil.
Vebinar canlı formatdır və dəyəri sual-cavabdadır. Yazı paylaşılıb-paylaşılmayacağı qrupda elan olunur. Mövzu sizə lazımdırsa, 14 həftədən sonra yenidən gəlir.
Əməkdaşlığımız var və bunu gizlətmirik. 2012–2023-də 30.000+ treyderi referal sistemi ilə yönləndirsəydik, çox ciddi gəlir olardı — etmədik, çünki özümüzə rəva bilmədiyimiz yerə müştəri göndərmək prinsipcə cılızlıqdır. Tickmill-i deməyimizin səbəbi dörddür: uzun illərin brokeridir, spredləri aşağıdır, RAW hesabda xərc açıq komissiya kimi görünür, etibarlıdır. Seçim sizindir.
Xeyr. Hesab açma tələsi yoxdur — istənilən brokerdə işləyə bilərsiniz. Tickmill-də minimum 500$ real hesab açan tələbələrə isə təlimə 40% endirim var — bu, məcburiyyət deyil, seçimdir.
Bu qorxu miqyası səhv anlamaqdan doğur. Elə brokerlər var ki, sığortalanan məbləğ 20.000 dollardan başlayır — ondan aşağı balanslara gözünün ucu ilə də baxmırlar. Əsl sual "aldadarlarmı" deyil: şərtlər nədir və mən nə ödəyirəm. Tərəfdaşı səhv seçən adamın itkilərinin 30–40%-i o seçimə görədir.
Spred mümkün qədər dar verilir, xərc açıq komissiya kimi yazılır. Görünən xərci hesablaya bilirsiniz, gizlini yox. Statistik işləyən — jurnal aparan — adam üçün bu, şərtdir: komissiya sütununu birbaşa jurnala köçürürsünüz, təxmin etmirsiniz.
$999. Tickmill-də minimum 500$ real hesab açanlar üçün 40% endirimlə $599. Daxildir: 8 dərs, treyder icmasına müddətsiz giriş, mentor dəstəyi, strategiyanın bütün gələcək yenilikləri, yeni layihələrdə güzəşt. Aylıq abunə yoxdur.
Təlim canlı, kiçik qrupla keçirilir və yer ayrılır — ona görə əvvəlcə pulsuz konsultasiya edirik ki, qərar tələsik olmasın. Sual var? WhatsApp-a yazın, pulsuzdur, öhdəlik yaratmır.
Bəli. Vebinar vaxtı, qeyri-vebinar vaxtı — fərqi yoxdur. Bir adamın sualını cavabsız qoymaq bizə görə düzgün deyil.