Ən çox itirən bilməyən deyil — səhv gözləyən adamdır.
Bilməmək öyrənilir. Səhv gözlənti isə hər gün lotu böyüdür, səbri sındırır və öyrəndiyiniz heç nəyi icra etməyə qoymur.
Əvvəlcə ölçü, sonra texnikaHər gün, istisnasız, bazarda ən güclü və ən zəif valyuta var. Bu, bazarın strukturudur — heç bir böhran, heç bir xəbər onu dəyişə bilməz. Nisbi Güc Strategiyası bunu ölçən kompasdır: sizə hara getməyi yox, şimalın hansı tərəfdə olduğunu deyir. Qərarı siz verirsiniz.
Hər həftənin cümə günü saat 21:00-da canlı keçirilən PULSUZ vebinara qatılForex yüksək riskli sahədir — qoyduğunuz kapitalı qismən və ya tam itirə bilərsiniz. Saytdakı heç bir mətn maliyyə məsləhəti deyil, maarifləndirmədir.
Bu saytda gördüyünüz hər fikir 18 ilin müşahidəsindən çıxıb — kitabdan yox. Biz üç şeyi hər vebinarda təkrar edirik.
Bilməmək öyrənilir. Səhv gözlənti isə hər gün lotu böyüdür, səbri sındırır və öyrəndiyiniz heç nəyi icra etməyə qoymur.
Əvvəlcə ölçü, sonra texnikaÜç adam eyni siqnalı alır: biri gündə on əməliyyat açır, biri iki. Sistem işləyir — adam işləmir. Jurnal bunu bir dəqiqəyə göstərir.
Xərc 6–7 dəfə fərqlənirSpred, sürüşdürmə, gecikmə, swap — hər əməliyyatda ödənir, hesabatda ayrıca yazılmır. Broker seçimi texniki məsələ deyil, statistik məsələdir.
İtkilərin 30–40%-i seçimdənValyuta bazarında pulun 95%-i səkkiz valyuta arasında dolaşır. Pul birindən çıxıbsa, mütləq birinə girib — havada qalmır. Buna görə elə bir gün ola bilməz ki, hamısı eyni vaxtda güclənsin. Strategiya bu struktur üzərində qurulub, dövri xüsusiyyət üzərində yox — ona görə "ölməyəcək" sistemdir.
28 cütə ayrı-ayrı baxmırıq. Səkkiz valyutanın gücünü ölçüb ən güclünü ən zəifə qarşı işləyirik. Düzgün fikir səhv cütdə yarıya bölünür.
Bazardakı güc indikatorları bar sayına əsaslanır və hərəkətin 70%-i keçəndən sonra siqnal verir. Bizim hesablama qiymətin daxili strukturuna — "maqnet məntiqi" — əsaslanır. Nəticə: kiçik stop, ucuz giriş.
Güclər bir-birinin içindədirsə — o gün girmirsiniz. Gündə on əməliyyat əvəzinə iki. Təcrübəmizdə "harada girməmək" "harada girmək"dən çox pul qazandırır.
Rənglərə göz bir dəfə alışır — sonra baxırsınız və bilirsiniz. Sistem gələcəyi proqnozlaşdırmır, cari axını ölçür. Bu, daha təvazökar, amma daha işlək iddiadır.
Günün istiqamətini tutur. Stop struktura görə — yaxın minimum/maksimum — ona görə çox vaxt 10–20 punkt. Gündə bir-iki əməliyyat, terminal bağlanır.
Asiya sessiyasının ortasından Avropaya qədər olan pəncərə üçün. Eyni məntiq, daha qısa hədəf. Günü və ya maksimum üç günü gəlirlə bağlamaq qaydaları ilə.
Üç ildir bu ölçü üzərində işlənir: onlarla formul yoxlanıb, əksəriyyəti kənara qoyulub. Araşdırma dayanmır — tapılan hər yenilik keçmiş tələbələrə pulsuz verilir.
18 ildə toplanmış təcrübədən seçilmiş ən dərin mövzular. Forexin quruluşundan başlayır, psixologiya, statistik ticarət və backtestdən keçir, Nisbi Güc Strategiyasının özü ilə bitir. Strategiya təlimin bonusudur, əsası deyil — əsası düzgün qurulmuş treyder olmağınızdır.
40% endirim → $599. Tickmill-də minimum 500$ real hesab açanlar üçün.
Aylıq abunə yoxdur · Hesab açma tələsi yoxdur
Arxiv var — 12 il, 2.500-dən çox paylaşım — amma göstərmirik. Peşəkar bilik imic üzərində qurulmur: nəticə şəkli ilə gələn, nəticə şəkli ilə də gedir.
18 ildə otuz altı ay ardıcıl 20% edən bir nəfər tanımırıq. Real mənzərə: bir ay yaxşı, bir ay zəif, bir ay mənfi. Plan illik qurulur.
"Gedin filan brokerdə hesab açın, sonra gəlin" — belə şey yoxdur. İstənilən brokerdə işləyə bilərsiniz.
"İndikatorun müddəti bitdi, yenidən ödə" — yoxdur. Bir dəfə qoşulan axıra qədər içəridədir.
"Təlim işin otuz-qırx faizidir. Qalan altmış-yetmiş faiz sizdən asılıdır — xarakterinizdən, intizamınızdan, vaxt ayırmağınızdan. Bunu gizlətmirəm və gizlətməyəcəyəm."
Lətif Baxışov · hər vebinarın tanıtım bloku
Canlı · Lətif Baxışov özü aparır · Sual-cavab canlı və fərdi
45 dəqiqə: 35 dəqiqə içərik, 10 dəqiqə tanıtım — bunu əvvəlcədən deyirik ki, sonra sual olmasın. Mövzular treyderin hər gün üzləşdiyi çətinliklərdir. Strategiya və broker təkrarlana bilər, mövzu heç vaxt.
Qeydiyyat yoxdur · Qrup linki kifayətdir
18 ildir valyuta bazarındadır. 2012–2023-cü illərdə dünya bazarına siqnal xidməti göstərib — 580 həftə fasiləsiz, Braziliyadan Avstraliyaya 30.000-dən çox müştəri. Yüzdən çox brokerdə ticarət aparıb. Siqnal servisini özü dayandırıb: "Siqnal insanı xilas etmir — adam onu öz psixologiyası ilə icra edir." Ondan sonra təlimə keçib. Üç ildir bir sual üzərində işləyir: valyutanın gücünü necə düzgün ölçmək.
"Mən hər gün əməliyyat açan adam deyiləm. Mən araşdıran adamam və tapdığımı paylaşıram."Haqqımızda ətraflı arrow_forward
Heç kimə "yalnız bu brokerdə işləyin" demirik. Amma kiminlə işlədiyimizi gizlətmirik — onlarla əməkdaşlığımız var. Seçim müqayisədən çıxıb, təsadüfdən yox.
Uzun illərin brokeridir, dünyada tanınır — bu sahədə gəlib-gedən çoxdur, qalan azdır.
Spredləri aşağıdır — hər əməliyyatın girişi ucuzdur, dar stopla işləyən üçün həlledicidir.
RAW hesab növü — spred mümkün qədər dar, xərc açıq komissiya kimi görünür. Statistik işləyən adam üçün bu, rahatlıq yox, şərtdir.
Etibarlılıq — pulun vaxtında qayıtması, illər boyu eyni standart.
Tərəfdaşlıq açıqlaması: FxEdu.PRO Tickmill-in tərəfdaşıdır. Broker xidmətlərini Tickmill göstərir — hesab açmazdan əvvəl onların şərtləri və risk açıqlaması ilə tanış olun.
Konkret rəqəm deməyəcəyik — deyən adam sizə düz demir. Kurs düzgün yol və dəqiq qaydalar verir; sükan sizin əlinizdədir. Qaydalardan kənara çıxmayan treyderin qazanmama ehtimalı yoxdur, qazancın sərhədi yoxdur. Amma ilk hədəf qazanmaq deyil — bir ay balansı yerində saxlamaqdır. Bunu bacaran artıq işə yaxınlaşıb.
Təlim işin yarısıdır. Qalan yarısı sizdən asılıdır — xarakter, intizam, vaxt. "Mən öyrədəcəm, hər şey həll olacaq" deyən mentor sizə düz demir. Bunu ilk gündən açıq deyirik.
Səkkiz dərs bir neçə həftəyə keçilir. Peşəkarlıq isə illərlə formalaşır — hər sahədə olduğu kimi. Otuz beş-qırx yaşında başlayan adam on ildən sonra həm öz işində sabitlik, həm əlində öyrənilmiş bacarıq olan adamdır. Biz bunu gələcəkdə istifadə edəsiniz deyə öyrədirik.
Yox. Ən gözəl iş bildiyiniz işdir. Paralel aparın: müəyyən büdcə ayırın, öyrənin, məşq edin, bacardığınıza əmin olandan sonra qərar verin. Bir fərq var: maaşın tavanı var, ticarətin tavanı yoxdur — amma tələsmək o tavanı yaxınlaşdırmır.